
- apa.az
- Daxili siyasət
Əli Əhmədov: “Azərbaycan dünyada ən çox islahat keçirən ölkələrdən biri kimi tanınır”
"Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildönümü tamam olur. SSRİ-nin süqutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olmaqla yanaşı eyni zamanda ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans və başlanğıc idi”.
APA-nın xəbərinə görə, bunu Baş Nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində yazıb.
O bildirib ki, müstəqilliyə qovuşduqdan sonra ilk iki ili çıxmaq şərti ilə artıq tarixə çevrilmiş 26 il milli dirçəlişin və inkişafın, müstəqil dövlət quruculuğunun, sabitliyin və əmin-amanlığın, daim yüksələn sosial rifahın və müasirliyin bariz ifadəsi kimi yaddaşlara həkk olunub: “Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur. Bir nəslin gözləri önündə həyat bütünlüklə dəyişdi, müstəqilliyin ilk iki ilinə təsadüf edən səriştəsiz və məsuliyyətsiz rəhbərlərin səhvləri və günahları üzündən hərtərəfli böhran məngənəsində sıxılan, dağıntı və talanlardan əziyyət çəkən ölkə qısa zaman kəsiyində çiçəklənən məmləkətə çevrildi. Orta və yuxarı yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycanı bu gün 30 yaşına qədər olan insanlar görməyib və bəlkə də ölkəmizdə gerçəkləşən möcüzəni, onun əsl mahiyyətini, miqyasını tam dərk edə bilmirlər. Çünki onların təsəvvüründə yalnız indiki Azərbaycan, onun gözəllikləri həkk olunub. Gənclərin rahatlığından məmnun olduğu indiki həyatın və ümumiyyətlə bugünkü Azərbaycanın 1990-cı illərin əvvəllərindəki Azərbaycandan nə qədər uzaq məsafədə olduğunu bilməsi yaxşı olardı. Onda ölkənin həyatında baş verən əzəmətli tarixi dəyişikliyin miqyasını və əhəmiyyətini daha düzgün, daha ədalətli qiymətləndirə bilərdilər”.
Ə. Əhmədov qeyd edib ki, 18 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda verdiyimiz qurbanları xatırlamaq üçün yaxşı bir fürsətdir: “Azadlıq, müstəqillik yolunda canlarından keçənlərin xatirəsi unudulmur, hörmət və ehtiramla yad edilir. Onlar dövlətimizin bütövlüyü və azadlığı yolunda şəhid olmuş qəhrəmanlardır. Bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xatırlanması, xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın on illərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq onun xidməti sayəsində mümkün olmuşdur. Azərbaycanın müasir tarixinin şahidi olanların və istər ölkə daxilində, istər ölkə xaricində bu tarixi izləyənlərin hər biri Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirir. Əgər bu qayıdış baş tutmasaydı ölkəmiz və onun hər bir sakini fərqli tale və tarix yaşamalı olacaqdı. Yalnız Heydər Əliyevin müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti sayəsində ölkə bütün mümkün faciələrdən, təlatümlərdən, parçalanmalardan xilas oldu, insanların səbirsizliklə gözlədiyi sabitlik və əmin-amanlıq bərpa edildi, Azərbaycana misilsiz iqtisadi və geopolitik dividentlər gətirən (və bu gün də gətirməkdə davam edən) əsrin neft müqaviləsi imzalandı. Bütün bunların nəticəsində müstəqillik əbədi və dönməz oldu, insanlar onun real bəhrəsini gördü, həqiqi dəyərini və mənasını hiss etməyə başladı”.
Baş nazirin müavini qeyd edib ki, bu gün eyni zamanda 2003-cü ilin prezident seçkilərində xalqın dərin etimadını qazanan Prezident İlham Əliyevin yürütdüyü siyasətin möhtəşəm təntənəsinin etiraf anıdır: “Şərəfli tarixə çevrilmiş 16 il ərzində iqtisadiyyat 3 dəfə böyüdü, Azərbaycan dövlətinin qüdrəti misilsiz dərəcədə artdı, ordumuz gücləndi və dünyada 52-ci pilləyə yüksəldi. Ölkənin siması tanınmaz dərəcədə dəyişdi, müasirləşdi. Azərbaycan yaşamaq və işləmək üçün cazibədar məkana çevrildi. Əhalinin rifahını ardıcıl olaraq yaxşılaşdıran layihələr həyata keçirildi və həyata keçirilməkdədir. Yeni islahatlar strategiyası hazırlanıb uğurla tətbiq edilməkdədir. Azərbaycan indi dünyada ən çox islahat keçirən ölkələrdən biri kimi tanınır.
Həyatımızda baş verən dərin transformasiya insanlarımızda, onların nəinki həyat və məişətində, habelə düşüncələrində, həyata münasibətində müsbət dəyişikliklərlə müşayiət olunur. Nikbinlik, ictimai fəallıq, vətənpərvərlik, müasirlik bugünkü azərbaycanlını fərqləndirən başlıca xüsusiyyətlərdir. O özünün və övladlarının gələcəyini ölkəmizin hazırkı inkişafından ayrı təsəvvür etmir və buna görə də bu inkişafı həm qorumağa, həm də ona töhfələr verməyə hazırdır. Xalqın və iqtidarın birliyi həyatımızın nəinki reallığı, eyni zamanda gələcək uğurlarımızın rəhnidir.
18 oktyabr etiraf anı hər şeydən əvvəl bir daha xalqımızın və dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən və qiymətləndirilməsindən keçir. Bu eyni zamanda son 16 ilin inkişafının, müasirləşməsinin, Azərbaycanın gücünün, qüdrətinin, dünyadakı rolunun və müsbət imicinin, insanlarda gələcəyə sönməz inamın formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xidmətlərinin bir daha dərk edilməsi və qiymətləndirilməsi anıdır. Xalqla iqtidarın haqqında bəhs etdiyimiz sarsılmaz birliyi məhz buna arxalanır. Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun”.
Mirmahmud Kazımoğlu
Digər xəbərlər
XƏBƏR LENTİ
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
Nazir: "Su problemi bu gün qlobal şəkildə müzakirə olunan məsələrdəndir"
Azərbaycanda startaplara vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub
Dövlət Komitəsi: "Əbu Bəkr" məscidinin açılması nəzərdə tutulur
KOBİA, "Azərbaycan Gənclər Fondu" və "Sahibkarlar Şəbəkəsi" əməkdaşlıq edəcəklər
BQP növbədənkənar parlament seçkilərində iştirak barədə qərar qəbul edib
FHN: "EuroHome”da yanğın söndürülüb
Çexiyada baş verən atışmada 4 nəfər ölüb
Orxan Məmmədov: "KOBİA gənclərin innovativ layihələrinin maliyyələşdirilməsi üçün Gənclər Fonduna dəstək verməyə hazırdır"
Dövlət Komitəsi: Münaqişə ocaqlarında azərbaycanlı qadınlardan həbs və ya edam edilənlər olub
Ombudsman: "İnsan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmləri formalaşdırılıb"
Məşhur parfümer Bakıda master-klass keçib - FOTO
Ombudsman Aparatı: İki azyaşlıya qarşı zorakılıqla bağlı məsələ diqqət mərkəzindədir
"Azərbaycan Dəmir Yolları" iki yeni qatar alıb
Ombudsman: “Yetkinlik yaşına çatmayanların, gənclərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətimizi gücləndirəcəyik"
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
Qulam İshaqzai: “Azərbaycanda ekstremizmə qarşı ciddi mübarizə aparılır”
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Azərbaycan iqtisadiyyatının rəqəmsallaşması və sahibkarlara əlavə imkanların yaradılması portalı təqdim olunub
Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
Azərbaycan noyabrda gündəlik neft hasilatını azaldıb
Məhkəmə prosesinin işıqlandırılması ilə bağlı KİV üçün Təlimat hazırlana bilər
Nazir müavini: “EuroHome" Ticarət Mərkəzində yanğın tam məhdudlaşdırılıb”
Vasilis Maraqos: “Ümid edirik ki, Aİ ilə Azərbaycan arasında yeni sazişi imzalamağa nail ola biləcəyik”
SOCAR və "Baker Hughes" arasında anlaşma memorandumu imzalanıb
Bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb
Çində inflyasiya 7 illik malsimuma yüksəlib
“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib
DYP: "EuroHome"da yanğınla əlaqədar Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb
Komitə sədri: “Ölkəmizdə din pərdəsi altında gizlənərək, öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub”
BP: Karbohidrogen hasilatı prosesinin ətraf mühitə təsirinin azaldılması istiqamətində işlər aparılmalıdır
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron qapılar quraşdırılıb
Antarktikaya uçan Çiliyə məxsus hərbi təyyarə yoxa çıxıb
Ticarət mərkəzində baş verən verən yanğında 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB 1
"EuroHome”da yanğının söndürülməsinə təyyarə və 3 helikopter cəlb olunub - YENİLƏNİB-4 - FOTOSESSİYA - VİDEO
Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
AVRO-2020: İsveçrə yığmasının Bakı planı açıqlanıb
Nazir müavini: "Azərbaycanda yüngül hasil oluna bilən neft yataqları olmasa da, alternativ enerji mənbələri mövcuddur"
Azərbaycanda cəzaların humanistləşdirilməsi ilə bağlı yeni layihə hazırlanıb
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib
DGK-nin yanvar-noyabr üzrə büdcə daxilolmaları məlum olub
Rövnəq Abdullayev: "Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft və 900 mlrd. kubmetrə yaxın qaz hasil edilib"
Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib
Şirvanda yeni doğulan körpə ölüb
DGK-nin büdcə daxilolmaları noyabrda 9%-ə yaxın azalıb
Abşeronda maşınla vurulan 25 yaşlı oğlan ölüb
BNA: "EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb
Astarada narkotik satan şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
Azərbaycanda magistraturaya qəbul prosesi sadələşdirilə bilər
Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadılıb
İslahatların yaratdığı zərurət: yeni dönəm mediası