Əli Əhmədov: “Azərbaycan özünün tarixi inkişaf prosesini davam etdirməkdədir”

Əli Əhmədov: “Azərbaycan özünün tarixi inkişaf prosesini davam etdirməkdədir”
# 26 sentyabr 2019 13:15 (UTC +04:00)

“Azərbaycan özünün tarixi inkişaf prosesini davam etdirməkdədir. Xüsusilə son illər ərzində Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar miqyas baxımından genişlənməkdədir və təbii olaraq bu islahatların gətirdiyi dividentləri birmənalı şəkildə cəmiyyət tərəfindən qeyd olunmaqdadır”.

APA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, həyata keçirilən islahatlar, xüsusilə iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsi, sahibkarlığın genişlənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə böyüməsi üçün imkanlar yaradıb: “Azərbaycanda həyata keçirilən siyasətin sosial xarakteri özünü daha aydın şəkildə göstərməkdədir. 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla minimum əmək haqqının, minimum pensiyaların təxminən iki dəfəyə qədər artırılması, əhalinin müxtəlif kateqoriyalarının əmək haqlarının yüksəldilməsi Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin mahiyyətin ifadə edir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın böyüməsi sayəsində əldə olunan imkanlardan istifadə edərək insanların rifahı yaxşılaşdırılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR