Əli Əhmədov: “Azərbaycanda son 15 ildə 2 milyondan çox iş yeri yaradılıb”

 Əli Əhmədov: “Azərbaycanda son 15 ildə 2 milyondan çox iş yeri yaradılıb”
# 18 iyul 2019 13:22 (UTC +04:00)

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində səfərdə olan Baş nazirin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun dövlət və hökümət rəsmilərinin iştirak etdiyi Nazirlər Seqmentində çıxış edib.

APA-nın xəbərinə görə, Əli Əhmədov çıxış zamanı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən, inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə ətraflı məlumat verib. Ə. Əhmədov son 15 ildə 2 milyondan çox iş yerinin yaradıldığını, əmək haqları və pensiyaların dəfələrlə artırıldığını, sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırılıdığını diqqətə çatdırıb.

Bununla yanaşı, Baş nazirin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində fəaliyyətlərin səmərəli əlaqələndirilməsi məqsədilə yüksək səviyyəli Milli Əlaqələndirmə Şurasının yaradıldığını, DİM-lərə inteqrasiya prosesinin davam etdirildiyini və bütün maraqlı tərəflərin prosesə cəlb edilməsi məqsədilə Respublika səviyyəsində müxtəlif ictimai dinləmələrin həyata keçirilməsi haqqında məlumat verib.

Ə. Əhmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu və 1 milyondan çox soydaşımızın yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında çətinliklər yaratdığını diqqətə çatdırıb. O, BMT-nin Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilmədiyini xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR