Əli Əhmədov: “Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın”

Əli Əhmədov: “Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın”
# 01 oktyabr 2019 12:33 (UTC +04:00)

“Bu gündən pensiyalar 200 manata çatdırılıb”.

APA-nın məlumatına görə, bunu bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Baş Nazirin müavini Əli Əhmədov bildirib.

Ə. Əhmədov qeyd edib ki, gələn ildən vətəndaşlar icbari tibbi sığorta ilə daha yaxşı tibbi xidmət ala biləcəklər: “Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş dayanır. Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın. Bu, hər bir kəsin dövlətidir. Dövlət də zamanı çatanda hər bir vətəndaşa, o cümlədən ahıl vətəndaşlara qayğı göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR