Əli Əhmədov: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”

Əli Əhmədov: "Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”
# 04 iyul 2019 12:28 (UTC +04:00)

"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.

APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun fikrincə, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur”.

Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: “Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR