Əli Hüseynli: "Polis iğtişaş cəhdlərinə qarşı qanuna uyğun davranış nümayiş etdirib"

Əli Hüseynli: "Polis iğtişaş cəhdlərinə qarşı qanuna uyğun davranış nümayiş etdirib"
# 21 oktyabr 2019 13:13 (UTC +04:00)

"Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür. Ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir. Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifətin, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
O bildirib ki, bir müddət əvvəl ”Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna dəyişikliklər edilib: “Bu qanunda bir sıra vacib məsələləri, o cümlədən, sərbəst toplaşmaq hüququnu həyata keçirən insanların hüquq və mənafelərinin qorunması məqsədilə qanunda bir sıra məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyanda mövcud olan məhdudiyyətlərdir. Biz onları oradan götürərək bizim milli qanunvericiliyə köçürmüşük”.

Ə. Hüseynli qeyd edib ki, hüquq-mühafizə orqanları həqiqətən də qanunsuz aksiya zamanı adekvat davranıblar: “Təəssüf ki, Avropa İttifaqı qeyri-adekvat mövqe nümayiş etdirib, yəqin ki, bir sıra beynəlxalq təşkilatlar da bundan sonra edəcəklər. Amma Avropa İttifaqına üzv olan ölkələr Fransada, İspaniyada son dövrlər qanunsuz toplantılar zamanı polisin davranışı ilə Azərbaycan polisinin davranışını müqayisə etmək mümkün deyil. Azərbaycan polisi iğtişaş cəhdinə, qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbir və təmkinlə, qanun normalarına uyğun olaraq davranış nümayiş etdirib”.
Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar görünüb: “Hesab edirəm ki, xarici işlər orqanlarımız xarici ölkələrin burada akkreditə olunmuş xidmətlərinə bu barədə xəbərdarlıq etsinlər. Bu, yolverilməzdir. Hesab edirəm ki, ictimai təşkilatlar, peşə birliklərinin də bu məsələ ilə bağlı mövqeyi vacibdir. Azərbaycan hüquqşünasları bu məsələ ilə bağlı bəyanat yayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR