Əli Kərimli dələduzluqda və xalqı aldatmaqda ittiham olunur - VİDEO

 Əli Kərimli dələduzluqda və xalqı aldatmaqda ittiham olunur - VİDEO
  • Clock-gray 18:14
  • calendar-gray 30 Sentyabr 2019

Özünü AXCP Nəzarət Təftiş Komissiyasının (NTK) sədri kimi təqdim edən Aydın Əliyev Əli Kərimli haqqında bəyanatla çıxış edib.

APA-nın məlumatına görə, "Facebook"da yerləşdirdiyi video-müraciətində Aydın Əliyev partiyanın 2015-ci ildə keçirilən qurultayından sonra NTK sədri seçildiyini bildirərək, o vaxtdan AXCP-nin rəhbər orqanlarında təmsil olduğunu diqqətə çatdırıb.

O bildirib ki, 30 illik siyasi fəaliyyətindən sonra Kərimlinin iç üzünün nə olduğunu başa düşüb.

Ə. Kərimlinin xaricdən gələn qrantlar hesabına ərəb şeyxləri kimi həyat tərzi sürdüyünü deyən Aydın Əliyev bildirib ki, AXCP sədri partiya daxilində də diktatura rejimi qurub: “Fərqli düşünənləri, onun antidemokratik hərəkətinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib böhtanlara məruz qoyub partiyadan uzaqlaşdırıb. Əli Kərimli bir siyasi dələduz olaraq bizi aldadıb. Bu gün də gəncləri aldadaraq öz çirkli oyunlarına qurban vermək istəyir”.

A. Əliyev vurğulayıb ki, partiyada çox adam Ə. Kərimlinin əməllərindən xəbərsizdir. “Əli Kərimli və onun əlaltıları məni də öz çirkin əməllərinin qurbanına çevirib. Biz, Əli Kərimlinin yaratdığı çirkin oyunlara qarşı mübarizə aparacağıq, istefa verməyəcəyik. Onun xəyanətkar əməllərini ifşa edəcəyik. Qoy, xalq onun iç üzünü tanısın. Onun xalqımıza qarşı hansı xəyanətlərə yol verdiyindən xəbərdar olsunlar. Çirkin xəyanətkar oyunlar yetər! Əli Kərimli, istefa ver, çirkli oyunlardan əl çək!”

AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn APA-ya açıqlamasında bildirib ki, Aydın Quliyev 2 ay qabaq partiya sıralarından çıxarılıb: “Aydın Quliyev vaxtı ilə partiyanın Nəzarət Təftiş Komissiyasının sədri olub. Lakin o, İctimai Nəzarət Koalisiyasına üzv olduğu üçün vəzifəsindən azad edilib və daha sonra partiya sıralarından çıxıb. Daha sonra partiya rəhbərliyindən xahiş etdi ki, onu partiyaya qaytaraq, lakin onun istəyi reallaşmadı”.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date