Əli Kərimli sərbəst buraxılıb - YENİLƏNİB

Əli Kərimli sərbəst buraxılıb - YENİLƏNİB
  • Clock-gray 14:51
  • calendar-gray 28 İyun 2019

AXCP sədri Əli Kərimli sərbəst buraxılıb.

APA-nın məlumatına görə, Binəqədi rayon Polis İdarəsində ona icazəsiz yürüş təşkil etmək cəhdi ilə bağlı xəbərdarlıq edilib.

Xəbərdarlıq edildikdən sonra Ə. Kərimli sərbəst buraxılıb.

***

Saat 13:56

AXCP sədri Əli Kərimli Binəqədi rayon Polis İdarəsinə aparılıb.

APA-nın məlumatına görə, polis əməkdaşları bu gün Müsavat Partiyasının qərargahında keçirilən “Həmrəylik marafonu”na qatılan Ə. Kərimlini bir neçə tərəfdarı ilə birlikdə Binəqədi rayon Polis İdarəsinə aparıb. Bundan başqa, polis Müsavat Partiyasının qərargahını boşaldıb. 

Ə. Kərimlinin Polis İdarəsinə aparılmasının səbəbləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date