Elmar Məmmədyarov: “Azərbaycan Sakit Okean Alyansının mühüm üzvləri ilə əlaqələri genişləndirməkdə maraqlıdır”

Elmar Məmmədyarov: “Azərbaycan Sakit Okean Alyansının mühüm üzvləri  ilə əlaqələri genişləndirməkdə maraqlıdır”
# 06 iyul 2019 13:00 (UTC +04:00)

“Azərbaycan Cənubi Amerikanın ölkələri və eyni zamanda Sakit Okean Alyansının mühüm üzvləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirməkdə maraqlıdır”.

APA xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü zirvə görüşündə bildirib. Nazir qeyd edib ki, bu ilin mart ayında Cənubi Amerikaya səfəri çərçivəsində, xüsusilə Alyansın üzvü olan Çilidə bu maraqları vurğulayıb: “Təsadüfi deyil ki, Buenos-Ayresdə keçirilən və mənim də iştirak etdiyim Cənub-Cənub Əməkdaşlıq üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında bu cür əməkdaşlığın iqtisadi perspektivləri vurğulanıb. Biz cənub ölkələri arasında əməkdaşlığın potensialını hələ də tam şəkildə istifadə etmirik və buna nail olarsaq qlobal sosial-iqtisadi qayda, xüsusilə də dünya ticarətində mövcud böhran vəziyyətinin həllinə böyük töhfə verəcəyinə inanırıq. Xüsusilə də, bütün bu məqsədlər Sakit Okean Alyansının prioritetləri arasındadır”.

Nazir qeyd edib ki, Alyansa üzv olan və birlikdə ÜDM-ləri dünyada 6-cı yeri tutan Cənubi Amerika ölkələrinin xüsusilə Asiya ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq məqsədilə səylərinin birləşdirilməsi fikri Azərbaycan üçün maraq kəsb edir: “Alyans ölkələrinin Asiya ölkələrində istehsal etdiyi mal və xidmətlərin Yaxın Şərq və Avropan bazarlarına daha çox ixrac ediləcəyini nəzərə alaraq, Azərbaycanın Qafqazın təbii qapısı qismində və Şərq-Qərb ticarət dəhlizində nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR