Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının yeni səfirini qəbul edib
  • Clock-gray 18:09
  • calendar-gray 03 Sentyabr 2019

Xarici İşlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Ceyms Layl Şarpı qəbul edib.

Bu barədə APA-ya XİN-dən bildirilib.

Məlumata görə, nazir Elmar Məmmədyarov Səfir Ceyms Layl Şarpı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Səfir etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb və tərəflər ölkələr arasında enerji, siyasi, iqtisadi və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.

Səfir Ceyms Layl Şarp Azərbaycana təyin olunmasından məmnun olduğunu və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib..

Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında qarşı tərəfə məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son bəyanatlarının bölgədə gərginliyin artmasına xidmət etdiyini və danışıqlar prosesinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date