Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb - YENİLƏNİB-1

Əfv Məsələləri Komissiyasının sonuncu iclası başa çatıb - YENİLƏNİB-1
# 17 mart 2021 14:02 (UTC +04:00)

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının sonuncu iclası başa çatıb.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya ümumilikdə 1000–dən artıq müraciətə baxıb: “Müsbət rəy alan müraciətlər toplanaraq, cənab Prezidentə təqdim olunacaq”.

***

saat 11:01

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası başlayıb.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasa komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

***

saat 07:30

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

APA-nın məlumatına görə, komissiyanın iclası videoformatda qruplar halında keçirilir.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq.

Qeyd edək ki, indiyədək Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasında 1000-dək müraciətə baxılıb. Komissiya baxılan müraciətləri sonuncu iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Novruz bayramı münasibətilə əfv sərəncamının imzalanması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR