"Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində" adlı tədbir keçirilib 

"Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində" adlı tədbir keçirilib 
# 04 iyul 2019 13:08 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasında "Heydər Əliyev Azərbaycan gənclərinin düşüncəsində" adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə YAP sədrinin müavini Əli Əhmədov, deputatlar, YAP nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov deyib ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər, yəni, 1960-cı illərdə Azərbaycan SSRİ-nin ən geridə qalmış ölkələrindən biri idi: “Ölkədə tənəzzül müşahidə olunurdu və mənəvi-psixoloji durum yerində deyildi. Azərbaycan bütün göstəricilər üzrə geridə idi”.

O bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə ölkə inkişaf edib: “ Bu inkişaf özünü bütün sahələrdə göstərdi. Azərbaycan sürətlə inkişaf edən respublikalardan birinə çevrildi. Onun hakimiyyəti dövründə milli şüurun möhkəmlənməsinə təkan verildi. Müstəqillik illərində Azərbaycanın inkişafının əsasını Heydər Əliyev hakimiyyətə gəldiyi illərdə qoyulub. Yeni Azərbaycan Partiyası bütün bunları nəzərə alaraq onun şəxsi xidmətlərini qiymətləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Bu gün də bununla bağlı 50-liyə həsr olunmuş sənədli rolik hazırlanıb”.

Tədbirdə hazırlanmış sənədli film iştirakçılara təqdim edilib.

Tədbir çıxışlarla sona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR