Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşib - FƏRMAN
# 02 sentyabr 2019 18:39 (UTC +04:00)

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” sərəncamda dəyişiklik olunub.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında əks olunub.

Fərmana əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi verilib:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR