Əli Həsənov: “Heç vaxt düşünməməliyik ki, sabit ölkədə yaşamağımız asanlıqla başa gəlir”

Əli Həsənov: “Heç vaxt düşünməməliyik ki, sabit ölkədə yaşamağımız asanlıqla başa gəlir”
  • Clock-gray 12:59
  • calendar-gray 27 Dekabr 2019

“Əgər 1993-cü ildə Heydər Əliyev ölkəni dağılmaqdan xilas etdisə, 2003-cü ildə Prezident İlham Əliyev ölkəni yenidən dağılma, parçalanma hadisəsindən xilas etdi”.

APA-nın məlumatına görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, heç kim 2019-cu ilin asan il olduğunu düşünməsin: “Dünyada çox ciddi proseslər gedir. Hər gün ölkələrdə hökumətlərə qarşı mitinqlər keçirilir. Heç kim düşünməsin ki, bu dalğa Azərbaycana gələ bilməzdi. Gələ bilərdi. Yəqin ki, xarici müdaxilələr, həm də daxili qüvvələrin xarici qüvvələrlə birlikdə müdaxilə cəhdləri olub. Ancaq Prezident İlham Əliyev və Mehriban Əliyeva çox böyük ustalıqla bunun qarşısını alıblar. Biz heç vaxt təsəvvür etməməliyik ki, sabit ölkədə yaşamağımız çox asanlıqla başa gəlir. Ölkədə sabitliyi Prezident İlham Əliyev və Birinci vitse-prezident təmin edir. Xalqda onlara böyük inam var”.

Digər xəbərlər

Arxiv

date