Əli Hüseynli: “Girov tikililərlə bağlı məsələ gündəmdədir”

Əli Hüseynli: “Girov tikililərlə bağlı məsələ gündəmdədir”
# 30 sentyabr 2020 12:58 (UTC +04:00)

“Tikinti Məcəlləsində son dövrlərdə qanunvericilikdə etdiyimiz çox mühüm dəyişikliklər var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.

Onun sözlərinə görə, tikinti şirkətləri həm də tikilmiş binaların idarəsi ilə məşğul ola bilməz: “Bu işlə mövcud mənzil istismar idarələri, şirkətlər məşğul ola bilər. Biz əslində bu problemi qanunvericilikdə həll etdik. Amma təəssüflər olsun ki, Azərbaycanda tikinti şirkətləri arasında ciddi rəqabət yaranmadı. Praktikada hələ uğurlu nəticə yoxdur”.

Ə. Hüseynli girov tikililərlə bağlı məsələnin də gündəmdə olduğunu bildirib: “Deputatlar Əli Məsimli və Vahid Əhmədov da bunu tez-tez gündəmə gətirirlər. Bu məsələlər qanunvericilik predmeti deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR