Əli Hüseynli: “Məqsədimiz Milli Məclisin, millət vəkillərinin fəaliyyətinin karantin rejimində daha mükəmməl tənzimlənməsidir”

Əli Hüseynli: “Məqsədimiz Milli Məclisin, millət vəkillərinin fəaliyyətinin karantin rejimində daha mükəmməl tənzimlənməsidir”
# 09 aprel 2020 13:47 (UTC +04:00)

“Plenar iclaslar daha fundamental məsələlərin müzakirəsinə həsr olunmalıdır, texniki məqamlara yox”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı Milli Məclis sədrinin Birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, parlamentdə vətəndaş mövqeyinin ortaya qoyulması nümayiş olunur: “Bizim buradakı məqsədimiz məhz Milli Məclisin, komitələrin, millət vəkillərinin fəaliyyətinin karantin rejimində daha mükəmməl tənzimlənməsidir. Təqdim olunan hər üç qanun bu məqsədə xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR