Əli Əhmədov : “Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir”

Əli Əhmədov : “Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir”
# 10 fevral 2020 00:46 (UTC +04:00)

"Növbədənkənar parlament seçkiləri başa çatdı. Keçirilən exit-polların nəticələri partiyamızın qələbə çaldığını göstərir”.

APA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün "Facebook" səhifəsində yazıb.

Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə partiyanın üzvlərini təbrik edə bilər:

“Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. Partiyamızın möhtəşəm qələbəsinə böyük töhfə vermiş çoxsaylı könüllülərimizə ayrıca təşəkkürümüzü bildirirəm. Partiyamıza və onun namizədlərinə, Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR