Əli Əhmədov: “İnanıram ki, YAP seçkilərin qalibi ola biləcək”

Əli Əhmədov: “İnanıram ki, YAP seçkilərin qalibi ola biləcək”
  • Clock-gray 19:50
  • calendar-gray 23 Dekabr 2019

“Bələdiyyə seçkiləri başa çatdı. İnanıram ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin səslərinin çoxunu qazanaraq yenə də seçkilərin qalibi ola biləcək. Bu inam hər şeydən əvvəl ölkədə uğurla həyata keçirilən Prezident İlham Əliyevin siyasətinə və onun hamı tərəfindən yüksək qiymətləndirilən nəticələrinə əsaslanır”.

APA xəbər verir ki, bunu YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov facebook səhifəsində yazıb.

O bildirib ki, Azərbaycanın böyüyən iqtisadiyyatı, insanların artan rifahı, şəhərlərin və kəndlərin dəyişən və müasirləşən siması, insanlara rahatlıq gətirən infrastruktur layihələri, ordumuzun güclənməsi və sair möhtəşəm nailiyyətlərimiz seçkilərdə qələbəmizin obyektiv əsaslarıdır.

“Yeni Azərbaycan Partiyasının çoxminli fəallarının, xüsusilə də gənc könüllülərin seçki təşviqatında fəal iştirakını, qələbəmiz naminə göstərdikləri fədakarlığı ayrıca qeyd etmək istəyirəm.

Qarşıda isə bələdiyyələrə seçilənlərin xalqa ləyaqətlə xidmət etməsi kimi böyük məsuliyyət və vəzifə dayanır. Şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyasını bələdiyyələrdə təmsil edən üzvləri öz məsuliyyətini lazımınca dərk edəcək, insanlara layiqincə xidmət göstərəcək, xalqın onlara göstərdiyi etimada layiq olmağa çalışacaqlar.

Bələdiyyələrə üzv seçilənləri təbrik edir, seçki kampaniyasında yaxından iştirak edən və əsl fədakarlıq göstərən partiya təmsilçilərinə təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.

 

apa-logo-mini

Digər xəbərlər