Əli Əhmədov: “Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil”

Əli Əhmədov: “Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil”
# 28 noyabr 2019 15:14 (UTC +04:00)

“Parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil: “Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR