Əli Əsədov: “Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”

Əli Əsədov: “Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, biz bu ağır sınaqdan minimum itki ilə çıxmalıyıq”
# 09 aprel 2020 11:46 (UTC +04:00)

“Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdədir, tibbi və digər ləvazimatlar yetərincədir”.

APA-nın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş Nazir bildirib ki, koronavirus pandemiyasının qarşısını almaq üçün ölkə prezidentinin 27 fevral tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb: “Martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan olunub. Martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı qərar verilib. Görülən bütün tədbirlər yalnız bir məqsəd güdür. Biz bu ağır sınaqdan minimum itki ilə çıxmalı, əhalinin sağlamlığını qorumalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR