Əli Əsədov: “Ötən il bütün sosial ödənişlər vaxtında və tam həyata keçirilib”

Əli Əsədov: “Ötən il bütün sosial ödənişlər vaxtında və tam həyata keçirilib”
  • Clock-gray 11:26
  • calendar-gray 16 Mart 2021

“Azərbaycan Cənubi Qafqazda koronavirusa qarşı vaksinasiyaya ilk başlayan ölkədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir ümid etdiyini bildirib ki, vaksinasiya prosesinin başladılması xəstəliyin azaldılmasında rol oynayacaq: “Hesabat ilində COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına, həmçinin, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin minimuma endirilməsi diqqət mərkəzində saxlanılıb. 2020-ci ildə pandemiya və xarici mühitin pisləşməsinə qarşı hökumətin gördüyü tədbirlər nəticəsində maksoiqtisadi sabitlik qorunub. Beynəlxalq konyukturanın əhəmiyyətli dərəcədə pisləşməsinə baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları hesabat ilində nəinki azalmayıb, əksinə 0,2% (99,2 mln. ABŞ dolları) artaraq 51,2 mlrd. ABŞ dolları (Maliyyə Nazirliyinin xarici valyutada xəzinə hesabındakı vəsait nəzərə alınmaqla) təşkil etməklə ÜDM-i üstələyib. Ötən il bütün sosial ödənişlər vaxtında və tam həyata keçirilib”. 

Firuzə Vahid

Digər xəbərlər