Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
# 08 oktyabr 2019 17:17 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun sədrliyi ilə qurumun iclası keçirilib.

APA-nın xəbərinə görə, sədr əvvəlcə gündəlik barədə iclas iştirakçılarına məlumat verib.

Daha sonra isə çıxış edən MSK-nın katibi Mikayıl Rəhimov qeyd edib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası, eləcə də bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədi ilə genişmiqyaslı maarifləndirmə layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

O bildirib ki, tərtib edilən tədris proqramına uyğun olaraq, oktyabrın 11-də Bakı şəhərində MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə, 15-17 oktyabrda isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçiriləcək.

İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR