Məzahir Pənahov: “Dünyanın istənilən ölkəsində seçici siyahılarında çatışmazlıq var”

Məzahir Pənahov: “Dünyanın istənilən ölkəsində seçici siyahılarında çatışmazlıq var”
# 11 oktyabr 2019 11:30 (UTC +04:00)

“İstənilən dövlətdə seçkilərə müdaxilə etməyə çalışanlar olur”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, dünyanın heç bir yerində ideal seçki prosesinin getməsi mümkün deyil çalışmaq lazımdır: “Çalışmaq lazımdır ki, bu baxımdan bizə irad tutulmasın. Dünyanın istənilən ölkəsində seçici siyahılarında çatışmazlıq var. Azərbaycanda hər bir seçicinin seçmək hüququ var. Seçki komissiyaları baş verən xoşagəlməz hallarla bağlı işinin öhdəsindən gəlməlidir. Milyonlarla adamın iştirak etdiyi prosesdə nöqsanların olmasından heç kim sığortalanmayıb”.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR