Məzahir Pənahov: “Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakında maraqlıyıq"  

Məzahir Pənahov: “Seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakında maraqlıyıq"  
# 11 oktyabr 2019 14:18 (UTC +04:00)

“Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində müşahidəçilər baxımından problem olmayacaq”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, bələdiyyə seçkilərinə adətən, beynəlxalq müşahidəçilər az dəvət olunur: "Adətən, bələdiyyə seçkilərinə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi adlanan bir qurumunun nümayəndələri gəlirlər və biz onları dəvət edirik. Amma biz MSK tərəfindən Avropadakı həmkarlarımızı dəvət edirik. Onlar gəlib buradakı seçkiləri müşahidə edirlər. Hesab edirəm ki, bu il keçiriləcək bələdiyyə seçkilərində müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçi olsun. Çünki biz seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq".


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR