Millət vəkili Ali Məhkəmənin Plenumunun səlahiyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib

Millət vəkili Ali Məhkəmənin Plenumunun səlahiyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib
# 19 noyabr 2019 14:14 (UTC +04:00)

“Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanının icrası çərçivəsində hazırlanmış ikinci qanunvericilik paketinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasının 131-ci maddəsinin I bəndində deyilir ki, Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir.

“Amma prosessual qanunvericilik 2000-ci ildə, konstitusiya dəyişikliyindən əvvəl qəbul edilib. Əslində konstitusiyaya əlavə və dəyişikliklərdən sonra həm prosessual qanunvericiliyə, həm Cinayət-Prosessual Məcəlləyə, həm də Mülki-Prosessual Məcəlləyə dəyişiklik edilməli idi. Amma bu dəyişikliklər edilməyib. Konstitusiyada əlavə kassasiya qaydasında icraat adlı məhkəmə mərhələsi nəzərdə tutulmasa da, qanun Ali Məhkəmənin Plenumuna belə səlahiyyət verir ki, o kassasiya qaydasında qəbul etdiyi qərarları Plenumda ləğv etsin. Əslində mövcud konstitusiyaya görə, Plenum yalnız məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olmalıdır. Kassasiya instansiyasından sonra tərəflər Konstitusiyanın 130-cu maddəsinin beşinci hissəsinə əsasən, məhkəmə aktının - söhbət burada Ali Məhkəmənin qərarından gedir - konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması məqsədi ilə Konstitusiya Məhkəməsinə, yaxud Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməlidir”, - deyə millət vəkili vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR