Milli Məclisin bu gün və sabah keçiriləcək plenar iclaslarının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin bu gün və sabah keçiriləcək plenar iclaslarının gündəliyinə dəyişiklik edilib
# 27 iyun 2019 10:34 (UTC +04:00)

Milli Məclisin iyunun 27-də və 28-də keçiriləcək növbədənkənar plenar iclaslarının gündəliyinə dəyişiklik edilib.

APA-nın xəbərinə görə, növbədənkənar plenar iclaslarının gündəliyinə daha 1 məsələ əlavə edilib.

Belə ki, "Dövlət satınalmaları haqqında" qanun layihəsinə dəyişiklik I oxunuşda iclasların gündəliyinə əlavə edilib. Bununla da iclasların gündəliyindəki məsələlərin sayı 48-dən 49-a çatıb.

Qeyd edək ki, bunlar “2018-ci il Dövlət büdcəsinin icrası haqqında”, “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun layihələri , Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə və s. Qanunlara dəyişiklik layihələri Milli Məclisin iyunun 27-də və 28-də keçiriləcək növbədənkənar plenar iclaslarında müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR