Milli Məclisin növbədənkənar xüsusi sessiyası başa çatıb

Milli Məclisin növbədənkənar xüsusi sessiyası başa çatıb
# 12 iyul 2019 13:22 (UTC +04:00)

Parlamentin növbədənkənar xüsusi sessiyası başa çatıb.

APA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən növbədənkənar xüsusi sessiyasının sonuncu plenar iclasında 28 məsələ müzakirə olunub.

Spiker bildirib ki, ilk dəfə növbədənkənar sessiya iyulda da keçirilib: "Effektiv işlədik. Bir çox qanun layihəsi payız sessiyasına qalmadı”.

O. Əsədov deputatlara yaxşı istirahət arzulayıb.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar xüsusi sessiyası çərçivəsində 5 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü, 27-si , iyulun 9-da və 12-də keçirilib.

Xatırladaq ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR