​​​​​​​Mixail Zabelin: “Azərbaycanda unikal etnik sülh yaranıb”

​​​​​​​Mixail Zabelin: “Azərbaycanda unikal etnik sülh yaranıb”
# 18 iyun 2019 15:38 (UTC +04:00)

"Milli azlıqların qorunub saxlanması Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanda qeyri-tolerantlıq, diskriminasiya, dini ayrıseçkilik yoxdur".

APA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Mixail Zabelin “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir, lakin hər bir kəs öz dilini, dinini qoruyub saxlayıb, öz dilində danışır, talış, ləzgi, gürcü dillərində dərsliklər, qəzetlər nəşr edilir. Azərbaycanda unikal etnik sülh yaranıb".

M.Zabelin əlavə edib ki, Azərbaycan Konstitusiyası beynəlxalq prinsiplər əsasında hazırlanıb. Bu konstitusiyaya uyğun olaraq, dövlət irqindən, dinindən, siyasi mənsubiyyətindən, əmlak səviyyəsindən asılı olmayaraq hər kəsin hüquqlarını qoruyur: "Bu, çox vacib məsələdir. Azərbaycanda hüquqların qorunması yalnız sənəddə öz əksini tapmayıb, əməldə də ona riayət edilir. Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edib".

Deputat deyib ki, hazırda Azərbaycanda 16 rusdilli məktəb var, 342 məktəbdə rus bölməsi var: "Bütün ali məktəblərdə rus bölməsi fəaliyyət göstərir. Azərbaycanda rus dilli məktəblərə daxil olmaqla bağlı heç bir məhdudiyyət yoxdur. Bakıda rus kitab evləri fəaliyyət göstərir. Bəzi kəndlərin adları rus dilindədir, Bakıda rus şairlərinin adlarına küçələr var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR