MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır

MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır
# 14 oktyabr 2019 17:25 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissədə icrası ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi layihəsi çərçivəsində oktyabrın 15-dən Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aşağı seçki komissiyaları üzvlərinin bələdiyyə seçkiləri ilə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi daşıyan kurslar ölkə üzrə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə edəcək. Tədris proqramına uyğun olaraq kurslarda MSK təmsilçiləri, dairə seçki komissiyalarının sədrləri, habelə yerli icra hakimiyyəti, məhkəmə, prokurorluq və polis orqanlarının rəhbər şəxsləri tərəfindən təqdimatlar keçiriləcək və müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq.

Genişmiqyaslı maarifləndirmə layihəsi olan seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların 3 gün davam etməsi və oktyabrın 17-də başa çatması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR