Musa Pənahov: "Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilmişəm"

Musa Pənahov: "Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilmişəm"
  • Clock-gray 15:18
  • calendar-gray 03 İyul 2019

Keçmiş Nəqliyyat nazirinin müavini Musa Pənahov Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

Bunu  APA-ya eksklüziv açıqlamasında Musa Pənahov bildirib.

O qeyd edib ki, Baş Nazir Novruz Məmmədovun müvafiq sərəncamı ilə Nazirlər Kabinetinin Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini təyin edilib.

Qeyd edək ki, M. Pənahov Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.  Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlayıb. 1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində, 1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cü il tarixli 102 nömrəli sərəncamı ilə nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib  və 13 fevral  2017-ci il tarixə qədər bu vəzifəni tutub. 

Prezident İlham Əliyevin 13 fevral  2017-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date