Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
  • Clock-gray 11:05
  • calendar-gray 09 Fevral 2020

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.

APA-nın məlumatına görə, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir.

56 saylı Xaçmaz kənd seçki dairəsində seçici fəallığı 21,03 faiz (46 min 225 seçicidən 9864 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində 21,03 faiz (37 min 970 seçicidən 8234 nəfər) olub.

Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2% (30 min 534 seçicidən 352 nəfər) olub.

Firuzə Vahid

Digər xəbərlər