Nikolay Patruşev Ramil Usubovla görüşüb

Nikolay Patruşev Ramil Usubovla görüşüb
# 04 sentyabr 2019 12:29 (UTC +04:00)

Bakıda Azərbaycanla Rusiya arasında təhlükəsizlik üzrə məsləhətləşmələr keçirilib.

APA-nın Moskva bürosunun verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə məsləhətləşmələrin Rusiya və Azərbaycan Təhlükəsizlik şuralarının katibləri Nikolay Patruşev və Ramil Usubov tərəfindən keçirildiyi bildirilib.

Görüşdə N. Patruşev R.Usubovu yeni vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib. O, Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik şuraları aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti vasitəsi ilə sıx əlaqələrin davam edəcəyinə əminliyini vurğulayıb.

Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın tempinin yüksək olduğunu qeyd edərək Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin və hərbi-texniki əməkdaşlığın gələcək inkişafının reallaşdırılmasının vacibliyini bildirib.

R. Üsubovla N. Patruşev arasında keçirilən danışıqlarda terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, o cümlədən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR