Oruc Zalov: “Seçkidə asayişin pozulmasına yol verilməyəcək"

Oruc Zalov: “Seçkidə asayişin pozulmasına yol verilməyəcək"
# 11 oktyabr 2019 12:50 (UTC +04:00)

“Bu gün müasir texnologiyalar dövründə demokratik və aşkar keçirilən seçkilərə xələl gətirmək istəyənlər də olmamış deyil. Kimsə cibində kamera hansısa nöqsanı tapıb şişirtmək məsqədilə təxribat xarakterli addımlar ata bilər”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.

O bildirib ki, dairə seçki komissiyaları polislə birgə apardığı iş zamanı emosiyaya qapılma olmamalıdır: “Bəlkə də polisi məntəqəyə dəvət etmədən bu məsələləri yerində və vaxtında həll etmək lazımdır ki, polis müdaxiləsi olmasın, beynəlxalq səviyyədə də bu məsələ qaldırılmasın. Sözsüz ki, sizin qanuni tələblərinizi vaxtında yerinə yetirməyən, işinizə mane olmağa çalışanlarla bağlı tədbir görülməsi üçün bir çağırışınız kifayətdir ki, polis köməyə gəlsin”.

Onun sözlərinə görə, heç kəsə imkan verilməyəcək ki, nə məntəqələrin, nə də dairələrin işinə mane olsun: “Bələdiyyə seçkiləri ən yüksək səviyyədə keçiriləcək. Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı ilə sizə bildirirəm ki, asayişin pozulmasına yol verilməyəcək. Belə bir hal olarsa, qarşısı qətiyyətlə alınacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR