Övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək

Övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək
  • Clock-gray 15:25
  • calendar-gray 18 Oktyabr 2019

Azərbaycanda övladlığa uşaq götürmək üçün 55 yaşadək olan şəxslərə üstünlük veriləcək.

APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Təklifə əsasən, Məcəllənin 121.3-cü bəndinə görə, övladlığa uşaq götürmək üçün azı 3 il nikahda olan, yaşı 35-dən yuxarı ər-arvada, 1 il müddətinə nikahda olan Azərbaycan vətəndaşlarına və azı 5 il müddətində nikahda olan əcnəbilər və vətəndaşlığı olmayan, yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir. 

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date