Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik edib

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik edib
# 22 iyul 2019 18:29 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə Misirin milli bayramı - İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Misir əlaqələri, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və firavanlıq arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR