Prezident İlham Əliyev Koreyanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Koreyanın dövlət başçısını təbrik edib
  • Clock-gray 18:24
  • calendar-gray 02 Oktyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-inə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date