Ərdoğan: “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi mübarizənin bitməsi anlamına gəlməməli, ermənilər bütün təxribatlarına görə cavab verməlidir”

Ərdoğan: “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi mübarizənin bitməsi anlamına gəlməməli, ermənilər bütün təxribatlarına görə cavab verməlidir”
# 10 dekabr 2020 15:50 (UTC +04:00)

“Qarabağı 30 illik həsrətin ardınca ana Vətənlə qovuşduran Azərbaycan ordusunun əsgərlərini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm”.

APA-nın məlumatına görə, bunu bu gün Bakının Azadlıq Meydanında keçirilən Zəfər paradında çıxışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, 20 Yanvarda şəhidlərin qəbirlərinə qoyulan qərənfillər müstəqilliyi xatırlatdığı kimi, Dağlıq Qarabağ bölgəsinə məxsus Xarıbülbül Azərbaycan torpaqlarının azadlığının simvolu halına gəlib: “Azərbaycanın torpaqlarını işğaldan azad etməsi mübarizənin bitməsi anlamına gəlməməlidir. Bu günə qədər siyasi və hərbi sahədə aparılan mübarizə bundan sonra daha fərqli cəbhələrdə davam edəcək. 30 illik işğal dönəmində bu bölgələrin viran halda olduğunu, daş üstündə daş qalmadığını hər kəs gördü. Ermənilər bütün təxribatlarına görə cavab verməlidir. Müharibə dövründə Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqları hədəf alınıb. 100 günahsız mülki şəxs şəhid edilib. Müharibə qanunlarına əməl edilməyib. Bunları görməzdən gələnlərin gözləri qədər vicdanları da korlaşıb. Bütün bunların hesabını sormaq boynumuzun borcudur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR