Səfir: "Yaponiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir"

Səfir: "Yaponiya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir"
  • Clock-gray 11:51
  • calendar-gray 05 Oktyabr 2019

"Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya və Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədə inkişaf etməkdədir".  

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.

Səfir bildirib ki, artıq 27 ildir iki ölkə arasında diplomatik əlaqələrin bünövrəsi qoyulub: "İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq yaradılıb və inanıram ki, bundan sonra da bu münasibətlər daha da inkişaf edəcək".  

Azərbaycan və Yaponiya arasında tarixi münasibətlərin mövcudluğuna toxunan səfir bu əlaqələrin 1500 illik tarixinin olduğunu və tarixi İpək Yolu vasitəsilə iki ölkə arasında mübadilələrin həyata keçirildiyini diqqətə çatdırıb.

"Tarixi ənənələrə əsaslanan əlaqələrimiz daha da çiçəklənəcəkdir", - deyə diplomat qeyd edib.

Azərbaycanda keçirilən Budo Festivalının bir ilk olduğunu qeyd edən səfir bu festivalın məqsədinin qədim Yapon döyüş ənənələrini həm Azərbaycanda, həm də dünyada tanıtmaq olduğunu deyib: “Bu festivalın növbəti illərdə də Azərbaycanda keçirilməsi planlaşdırılır”.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date