Tatarıstan Prezidenti Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Mehriban Əliyevanı təbrik edib
# 27 avqust 2019 18:19 (UTC +04:00)

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fəal çoxşaxəli şəxsiyyət kimi Siz həmişə öz doğma ölkənizin ictimai-siyasi həyatının mərkəzində olmusunuz və ömrünüzün bu gözəl gününü Azərbaycanın Birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılamağınız qanunauyğundur.

Qoy geniş bilik və maraq dairəniz, yaradıcılıq enerjiniz, respublikanın tərəqqisi naminə qurub-yaratmaq əzminiz Sizin məhsuldar dövləti fəaliyyətinizin əsasına çevrilsin, vətəndaşlar arasında yüksək nüfuzunuz və Azərbaycanın dövlət başçısının dəstəyi isə ən böyük və nəcib məqsədlərə çatmaqda Sizə kömək olsun.

Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram".

Dərin hörmətlə,

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR