Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürüb

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürüb
# 16 sentyabr 2019 18:45 (UTC +04:00)

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürüb.

Bu barədə APA-ya Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib.

O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: “Məndən başqa, hazırkı başqan Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olacaqlarını bildiriblər”.

Y. Sadıqlı da APA-ya bildirib ki, Müsavat başqanlığına namizəliyini irəli sürəcək.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR