Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehriban Əliyevanı təbrik edib

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Mehriban Əliyevanı təbrik edib
# 27 avqust 2019 18:29 (UTC +04:00)

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli Mehriban xanım.

İcazə verin, Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi adından və şəxsən öz adımdan Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Arzu edirik ki, həmişə bu cür parlaq və güclü şəxsiyyət olasınız, var olasınız və bu dünyaya xeyirxahlıq və sevgi gətirməyə davam edəsiniz.

Bu xoş fürsətdən istifadə edərək, əsas məramı xeyirxah dünyada, tam mehriban şəraitdə, ölkələrimiz və xalqlarımız arasında qurub-yaratmaq üzrə əməkdaşlığın olduğu dünyada yaşamaq olan və bu cür də qalan TÜRKPA-nın fəaliyyətini dəstəklədiyinizə görə Sizə ən səmimi minnətdarlığımızı bildirmək istəyirik.

Qoy hər gün Sizə sülh, harmoniya, güc, ümid və sevinc gətirsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR