“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiq olunub

“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı” təsdiq olunub
# 27 iyun 2019 19:03 (UTC +04:00)

Prezident İlham Əliyev “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmanla “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”, “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası” təsdiq edilir.

Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini, beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Aviasiya haqqında” yeni qanun layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

“Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin təşkili qaydası Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.

“Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın 10.1.1-ci yarımbəndinə uyğun olaraq, hava gəmilərinin qeydiyyatı qaydası, habelə mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR