Vaşinqtonda Elmar Məmmədyarovla Zohrab Mnasakanyan arasında görüş başa çatıb - VİDEO

Vaşinqtonda Elmar Məmmədyarovla Zohrab Mnasakanyan arasında görüş başa çatıb - VİDEO
  • Clock-gray 00:48
  • calendar-gray 21 İyun 2019

Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü başa çatıb.

APA xəbər verir ki, görüşün nəticələri ilə bağlı tərəflərin açıqlama yayması gözlənilir.

****

20:14

Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş başlayıb.

APA-nın XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.

Qeyd edək ki, ötən gün hər iki nazir həmsədrlərlə ayrılıqda görüş keçirib.  

Digər xəbərlər

Arxiv

date