“İnformasiya əldə etmək haqqında” qanuna əlavələr edilib

“İnformasiya əldə etmək haqqında” qanuna əlavələr edilib
# 29 iyun 2018 11:33 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya əldə etmək haqqında” qanuna təklif edilən əlavələr müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 30.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: "Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir".

Layihə səsə qoyularaq, qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR