"Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev 86,53% səs toplayıb

"Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev 86,53% səs toplayıb
# 11 aprel 2018 17:40 (UTC +04:00)

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

APA-nın məlumatına görə, nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev - 86,53%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 3,10%;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 2,92%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu - 2,81%;

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 1, 73%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1,21 %;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev - 1, 03%;

"Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev - 0, 67%;

"Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR