Ağdamda sürücü avtomobillə fəhləni vuraraq öldürüb

Ağdamda sürücü avtomobillə fəhləni vuraraq öldürüb
# 03 fevral 2018 09:32 (UTC +04:00)

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fevralın 2-də saat 15 radələrində Ağdam rayonunun Paşabəyli kəndində, yol istismar idarəsində sürücü işləyən Yevlax rayon sakini Əbülfəz Quliyev idarə etdiyi “Tatra” markalı avtomobillə yol çəkilişi ilə əlaqədar fəhlə işləyən Goranboy rayon sakini Dadaş Məhərrəmovu vurub.

D.Məhərrəmov xəstəxanaya aparılarkən yolda ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR