Almaniya Bundestaqının üzvü: "Azərbaycanda seçkilər azad və demokrat keçirilib"

Almaniya Bundestaqının üzvü: "Azərbaycanda seçkilər azad və demokrat keçirilib"
# 11 aprel 2018 19:57 (UTC +04:00)

"Sivil Dialoq" beynəlxalq müşahidə qrupunun ikinci missiyası prezident seçkilərində müşahidə ilə bağlı bəyanatını açıqlayıb.

APA-nın xəbərinə görə, Bolqarıstan parlamentinin təmsilçisi, "Sosialist" partiyasının üzvü Penço Milkov müxtəlif seçki məntəqələrində olduğunu, seçki prosesinin qanunvericilik çərçivəsində keçirildiyini, yüksək seçici fəallığı müşahidə etdiyini bildirib.

Polşa parlamentinin üzvü Yerji Pişisla isə bildirib ki, Azərbaycanda seçki prosesi Qərbi Avropa ölkələri ilə müqayisədə daha sakit formada keçirilir.

Almaniya Bundestaqının üzvü Stefan Koiter Azərbaycanda iqtisadi inkişafın şahidi olduğunu deyib, seçkilərin azad, demokratiyaya uyğun şəkildə keçirildiyini bildirib.

Yunanıstan parlamentinin üzvü İoannis Kefalogiannis də seçkilərin azad, seçki prosesinin beynəlxalq və Avropa normalarına uyğun keçirildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR