Azərbaycanda 11 müəssisə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək

Azərbaycanda 11 müəssisə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcək
# 20 mart 2018 09:27 (UTC +04:00)

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəməli olan müəssisələrin siyahısı təsdiqlənib.

APA-nın məlumatına görə, bu, Energetika Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nda əksini tapıb.

Siyahıya aşağıdakı müəssisələr daxildir:

- “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti.

- “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (elektrik enerjisinin topdansatış və istehsalçıdan satınalma qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq nəticəsində yaranan gəlirdən).

- “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti.

- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.

- “Şəki Su Elektrik Stansiyası” Açıq Səhmdar Cəmiyyəti.

- “Çiçəkli SES” Açıq Səhmdar Cəmiyyəti.

- “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti.

- “Təmiz Şəhər” ASC-nin Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu.

- "Muğan SES" ASC (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

- “Alten Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

- “Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (elektrik enerjisinin topdan və pərakəndə satışından əldə olunan gəlirdən).

Qeyd edək ki, bu Qayda “Energetika haqqında” qanunun 7-1-ci, “Elektroenergetika haqqında” qanunun 4-1-ci, “Qaz təchizatı haqqında” qanunun 21-1-ci, “Elektrik və istilik stansiyaları haqqında” qanunun 16-cı maddələrinə və “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli fərmanına əsasən hazırlanıb. Qaydaya əsasən gentliyə ödənilən haqların rüblük əmsalı Agentliyin ödəniş ili üçün təsdiq olunan büdcə xərclərinin dörddə bir hissəsinin müəssisələrin elektrik, istilik enerjisi və qaz təchizatı sahəsində fəaliyyətləri üzrə rüblük gəlirinə bölünməsi yolu ilə müəyyən edilir. Agentliyə ödənilən haqların rüblük əmsalı 1,5-dən artıq olmamalıdır. Müəssisələr tərəfindən Agentliyə ödənilən rüblük haqların məbləği aşağıdakı düsturla hesablanır:

Hr1 = Gr1x Dr/10.o

Burada:

Hr1 – Agentliyə ödənilən haqların rüblük məbləği;

Gr1 –hesabat rübü ərzində müəssisənin gəliri;

Dr – Agentliyə ödəniləcək haqların rüblük əmsalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR