Azərbaycanda ərzaq və sənaye mallarının satışı ilə bağlı qaydaların pozulmasına görə xüsusi cəzalar müəyyənləşdirilir

Azərbaycanda ərzaq və sənaye mallarının satışı ilə bağlı qaydaların pozulmasına görə xüsusi cəzalar müəyyənləşdirilir
# 28 aprel 2018 08:15 (UTC +04:00)

Azərbaycanda gündəlik tələbat mallarının və sənaye məhsullarının əldə olunması (satışı) ilə bağlı xüsusi qaydaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.4 maddəsinin əlavə edilməsi təklif olunub.

Layihəyə görə, gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasına (satışına) tətbiq edilmiş xüsusi qaydaların pozulmasına görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 30 manatdan 60 manatadək məbləğdə cərimə olunur. Vəzifəli şəxslər isə 200 manatdan 300 manata qədər cərimə, hüquqi şəxslər isə 1500 manatdan 2500 manata qədər cərimə olunur.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR