Bahar Muradova: “Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində kifayət qədər müsbət işlər görüb”

Bahar Muradova: “Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində kifayət qədər müsbət işlər görüb”
# 02 may 2018 13:29 (UTC +04:00)

“Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində üzərinə götürdüyü, beynəlxalq konvensiyaların üzərinə qoyduğu öhdəliklərdən, “İnsan alverinə qarşı mübarizə haqqında” qanunundan və Cinayət Məcəlləsindən irəli gələn tələbləri yüksək səviyyədə yerinə yetirir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bu gün komitələrin birgə iclası zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan bu həssas məsələyə diqqətlə yanaşır: “İnsanın mənəviyyatına, ləyaqətinə yönəlmiş cinayətlər çox ağır cinayətdir. Əlbəttə ki, bütün dünyada, Azərbaycanda insanı alçaldan, onun ləyaqətinə və heysiyyatına toxunan bu cinayətin profilaktikası, qarşısının alınması, cinayətkarların cəzasına çatdırılması və qurbanların psixologiyasına və mənəviyyatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində fəaliyyət çox vacibdir. Təcrübə göstərir ki, Azərbaycan bu sahədə kifayət qədər müsbət işlər görüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR